Cənubi Osetiyada partlayış nəticəsində Gürcüstan polisinin avtomobili zədələnib

Gürcüstandan ayrılmaq istəyən Cənubi Osetiya regionuda partlayış nəticəsində polisə məxsus avtomobilin zədələndiyi deyilir.

Gürcüstan rəsmilərinin bildirdiyinə görə, Divani kəndi yaxınlığında baş vermiş partlayış zamanı yaralanan olmayıb. Rərmilər partlayıcı maddələrin yük maşınına bağlandığını deyiblər.

Avropa İttifaqının Gürcüstan üzrə missiyasının nümayəndələri insidenti yaxınlıqdakı Erqneti kəndində görüşən Gürcüstan, Rusiya və Cənubi Osetiyanın nümayəndələrilə müzakirə etməyi planlaşdırırlar. Onlar keçən il Rusiya və Gürcüstan arasında münaqişədən sonra gərginliyin artmasına cavab olaraq regionda mühafizəni artırdıqlarını bildirirlər.