Rusiyanın
enerji naziri deyir ki, Moskvanın İranda tikdiyi atom elektrik stansiyası bir müddət
əvvəl bəyan olunduğu kimi ilin sonuna kimi fəaliyyətə başlamayacaq. Serqey Şmatko Moskvada jurnalistlərə deyib ki,
İranın ilk atom stansiyası olacaq bu obyektdə ciddi nailiyyətlər əldə olunub.
Ancaq o deyib ki, zavod bu il işə düşməyəcək.
İranın cənubundakı Buşehr obyektinin tam fəaliyyətə başlaması bir
müddətlik təxirə salınıb. Rusiya və İran
mühəndisləri stansiyanı fevral ayında sınaqdan keçirməyə başlamış və hər iki
tərəfin rəsmiləri zavodun 2009-cu ildə işə düşəcəyini demişdilər. Buşehr obyektinin İranda istehsal edilən yanacaq
əvəzinə Rusiyadan idxal olunan zənginləşdirilmiş uranla işləməsi nəzərdə
tutulub. Bugünükü bəyanat Rusiya
prezidenti Dmitri Medvedyevin İranın nüvə proqramlarına dair danışıqlar
səviyyəsindən Moskvanın tam razı olmadığını bildirməsindən bir gün sonraya
təsadüf edir.