ABŞ
prezidenti Barak Obama 2009-cu ilin Nobel Sülh mükafatını qəbul edib. Osloda
keçirilən təqdiqetmə mərasimində cənab Obama deyib ki, Martin Lüter Kinq,
Nelson Mandela kimi Nobel laureatlarının yanında onun etdikləri cüzi bir
şeydir. Onun sözlərinə görə, ədalət uğrundan həbs edilən və döyülən fəallar,
dünya boyu humanitar yardım işçiləri daha çox bu şərəfə layiqdirlər. ABŞ
prezidenti Əfqanıstana 30 min nəfərlik qoşun göndərdiyi bir vaxt Nobel Sülh
mükafatına layiq görülməsinin ironik hal olduğunu etiraf edib.
Auditoriya qarşısında çıxış edən ABŞ dövlət başçısı Taliban və Əl-Qaidə ilə yaranmış münaqişənin Birləşmiş Ştatların istədiyi bir şey olmadığını, bunun Amerikanın 2001-ci il 11 sentyabr terror hücumuna cavabı olduğunu bildirib.
Prezident Obama müharibələri tamamilə silməyin mümkün olmadığı barədə acı həqiqəti etiraf etdiyini. O, ABŞ-ın vətəndaş hüquqları lideri Martin Lüter Kinqin 1964-cü ildə Nobel sülh mükafatını qəbul edərkən söylədiyi nitqə istinad edərək “zorakılıq heç vaxt daimi sülhü təmin edə bilməz”-deyə bildirib. ABŞ prezidenti Barak Obamanın 2009-cu il Nobel sülh mükafatına layiq görülməsi böyük təəccüb yaratmışdı. Hətta prezidentin özü üçün belə.
Son ictimai rəy sorğuları amerikalıların da böyük əksəriyyətinin bununla razılaşdığını göstərib. demokratların 49 faizi prezidentin Noble sülh mükafatı almasını dəstəklədiyini deyir. Çiyinlərində müharibə yükü olan prezident Obama Nelson Mandela, Martin Lüter King, Aung San Suu Kyi kimi dünya şöhrətli insanlar sırasına qoşulub.