İranın müxalifət qruplarının
bildirdiyinə görə, hökumətə qarşı keçirilən son etiraz aksiyaları zamanı ölkənin
tanınmış beş islahatçısı həbs
edilib. Müxalifətin veb səhifələrində açıqlanan məlumatda deyilir ki, bu gün İranın müxalifət lideri Mir
Hüseyn Musəvinin, müşaviri Əli Rıza Behişti də daxil edilməkə, üç məsləhətçisi həbs edilib. Veb səhifədə eləcə
də, İnsan Haqları müdafiəçisi İmad Bəqhinin və müxalifət fəalı, İran İslam
İnqilabının ilk xarici işlər naziri İbrahim Yəzdinin də həbs edildiyi
bildirilir.
İran dövlətinin nəzarətindəki Press TV isə dünən, şiələrin müqəddəs aşura günü keçirilən nümayişlər zamanı 8 nəfərin həlak olduğunu bildirib. Lakin bütün bu məlumatları heç bir müstəqil mənbə təsdiq etməyib. Bu gün eləcə də, İranın digər bir müxalifət lideri Mehdi Kərrubi hökuməti ölkə boyu minlərlə insanın keçirdiyi nümayişlərə qarşı hərbi qüvvədən istifadə etdiyinə görə tənqid edib.