İranda müxalifət üzvlərinin həbsləri davam edir

İrandan daxil olan xəbərlərə əsasən son zamanlar müxalifət sıralarından həbs edilənlərin sayı kəskin artıb. İran hökuməti müxalifəti bərk vurmaqda davam edir. Gündəlik qaydada müxalifət üzvləri həbs edilir və bir çoxları mühakimə olunur. İranın dövlət televiziyası və hökumət xadimləri deyirlər ki, həbs olunanlar qanunun ən sərt üzünü görəcəklər.

Daxili İşlər naziri Mustafa Məhəmməd Naccar bu günlərdə həbs edilmiş şəxsləri xarici ölkələrin agentləri olmaqda günahlandırıb. O, deyir ki, hökumət Xalqın Mücahidləri və başqa hökumətlərin dəstəklədiyi qruplaşma üzvlərini həbsə alıb. Onun sözlərinə görə həbslər ona görə edilib ki, bu şəxslər ölkədə xaos yaratmağa çalışırdılar. Naccar israr edib ki, hökumət heç zaman müxalifətin tələblərinə boyun əyməyəcək. O, deyib ki, hökumət heç bir şərt altında güzəştə getməyəcək və Xalqın Mücahidləri , monarxistlər, amerikalılar və britaniyalılar agentlərini yenidən hakimiyyətə qaytarmaq arzusununu özləri ilə qəbirə aparacaqlar.

İranın ədliyyə orqanının rəhbəri Sadiq Laricani bir daha bəyan edib ki, etirazçılar cəzalandırılacaqlar. O, müttəhimlərin şəriət və ölkə qanunları əsasında cəzalandırlacaqlarını bildirib. Onun sözlərinə görə bunlar cəzanın verilməsində başlıca kriteriyalar olacaq. Laricani həmçinin mühakimələrdə siyasi baxışlardan da istifadə olunmasının vacibliyini vurğulayıb. Belə ki, hakimləır qərar çıxaranda siyasi konteksti nəzər almalıdırlar. Onun sözlərnə görə əgər hakimlər siyasi mənzərini anlamırlarsa onda düzgün hökm çıxara bilməzlər.

Londonda yerləşən Ərəb və iran Araşdırmaları Mərkəzinin alimi Mehrdad Xonsari deyir ki, hökumət kompromisə getmək fikrində deyil: “Onlar anlayır ki, ki, əgər barışıq yolunu tutsalar bu, onlardan müəyən güzəştlər tələb edəcək, və onlar hiss edir ki, bu mərhələdə hər hansı bir kompromis orijinal nöqtəyə qayıtmağı qeyri mümkün edəcək və nəhayət İslam Respublikasının dağılmasına gətirib çıxara biləcək əlavə güzəştlərə yol açacaq. Belə ki, hökumət və ali dini rəhbərin legitimliyi sərt hücumlara məruz qalıb.”

Hökumət tərəfdarları həmçinin Ayətullah Yusif Sanaeinin vəzifədən çıxarılmasına çağırmaqla, və Ayətullah Əli Məhəmməd Dastqeybin ofislərini və mülkiyyətini müsadirə etməklə müxalifəti dəstəkləyən dini rəhbərlərə hədə-qorxu gəlməyə çalışırlar.