NATO Əfqanıstanın Helmənd vilayətində genişmiqyaslı əməliyyatlara hazırlaşır

NATO qüvvələrininƏfqanıstanın Talibanın nəzarəti altındakı Helmənd vilayətində yaraqlılara qarşı genişmiqyaslı əməliyyatlarına başlamasından əvvəl minlərlə sakin bölgəni tərk edir. Şahidlər Talibanın məskunlaşdığı Mərcah ərazisindəki yaraqlıların silah və sursat yığaraq, döyüşə hazırlaşdıqlarını deyirlər. NATO komandirlərinin bildirdyinə görə, minlərlə koalisiya və Əfqan hərbçisinin tiryəyin ən çox yetişririldiyi, səksən min əhalisi olan bölgəyə hücuma hazır olduqlarını bildirmişlər. NATO mülki vətəndaşlar arasında itkilərin qarşısının alınması məqsədi ilə bölgə sakinlərinə ərazini tərk etməyi məsləhət görüb.