Şimali Koreya : BMT məsələyə müdaxilə etməməlidir - 2003-04-09

BMT-nin Təhlükəszlik Şurası Şimali Koreyanın nüvə silahları böhranı ilə bağlı müzakirələrə başlayıb. 15 üzvlü şura bu gün Pxenyanın nüvə silahlarının yayılmaması haqda beynəlxalq sazişdən çıxması və beynəlxalq silah müfəttişlərini ölkədən xaric etməsi məsələlərini gündəliyə çıxarıb. Müzakirələrin hər hansısa dəqiq ölçüyə yol açacağı gözlənilmir. Moskva və Pekin yığıncağın keçirilməsinə razılıq versələr də, Təhlükəszlik Şurasının Şimali Koreya məsələsini müzakirə etməməli olduğunu bildirmişdilər. Şimali Koreya isə öz növbəsində, BMT-dən məsələyə müdaxilə etməməsini istəmişdir.