Heydər Əliyev 80-ci ildönümünü xəstəxanada keçirir - 2003-05-10

Azərbaycan prezidenti Heydər Əliyev, öz 80-ci ildönümünü Ankaradakı Gülhanə hərbi xəstəxanasında keçirir. Azərbaycan prezidenti orada müalicə olunmaqdadır. Rusiya prezidenti Vladimir Putin cənab Əliyevi ad günü münasibəti ilə telefonla təbrik edib. Yüksək vəzifəli Türkiyə rəsmiləri də zəyifləmiş Azərbaycan prezidentinə baş çəkərək, onun tezliklə sağalmasını arzulayıblar. Bakıdakı rəsmilər Türk mətbuatının Heydər Əliyevin səhhətinin pis olduğu barədə xəbərləri dəfələrlə təkzib ediblər. Həkimlərin bildirdiyinə görə, cənab Əliyevin aprelin 21-də çıxışı zamanı qan təzyiqi birdən-birə azalmışdır. O, etdiyi nitq zamanı iki dəfə huşunu itirib yerə yıxılmışdı. Onun səhhətinə baxmayaraq, Əliyevin köməkçiləri onun oktyabr ayında prezident seçkilərində öz namizədliyini irəli sürəcəyini açıqlayıblar.