Dərman ixracı məhdudiyyətləri yüngülləşdirilir - 2003-06-22

Birləşmiş Ştatlar yoxsul ölkələrin öldürücü xəstəliklərə qarşı patent dərmanların ixracına qoyulan məhdudiyyətlərin yüngülləşdirilməsinə razılıq verib. Bu gün Amerika nümayəndəsi Dünya Ticarət Təşkilatının Misirdə keçirdiyi görüşünün sonunda müxbirlərə bildirib ki, Birləşmiş Ştatlar bir daha spesifik xəstəliklərin müalicəsində istifadə edilən dərmanlar siyahısını məhdud saxlamayacaq. Bu problem bir sıra inkişaf etməkdə olan ölkələrin əsas problemidir. Onlar məsələ həll edilməyincə, Dünya Ticarət Təşkilatının heç bir razılığını qəbul etməyəcəyini bildirir. Rəsmi nümayəndələr bu qarşıdurmanın təşkilatın sentyabr ayında Meksikada keçirləcək növbəti görüşünədək həll etməyə çalışırlar.