İraqdakı Britaniya hərbi qüvvələrininnin rəsmiləri Əl-Məcar Əl Kəbir şəhərinin liderlərindən 6 Britaniya əsgərini qətlə yetirən silahlı şəxslərin təhvilini tələb ediblər. Britaniyanın müdafiə naziri Ceoff Hun deyir ki, həlak olan hərbi qüllüqçular Britaniya polisinin nümayəndələri idi. Onlar İraq polisinə tə’lim verirdilər. Şahidlər deyirlər ki, Britaniyanın hərbi qulluqçuları nümayişçilərlə atışmada həlak olublar. Yerli sakinlər bildiriblər ki, onlar Britaniya ordusunun reqionda ağır silahları tapmaq üçün həyata keçirdiyi axtarış metodlarından narazı idilər. Şahidlərdən biri deyib ki, Britaniya əsgərləri qəzəbli kütləni nəzarət altına almaq üçün onlara rezin güllələr atanda, nümayişçilər də əsgərlərə atəş açmışlar. İnkinci hadisədə isə yerli polis məntəqəsində olan mülki vətəndaşlarla atışma zamanı Britaniyanın əsgələri həlak olmuşlar. Vuruşmalarda 4 iraqlı ölmüş 14-ü də yaralanmışdır. Nümayişçilər deyirlər ki, əsgərlər silahları qadınlara, uşaqlara tüşlayır və qadınların otaqlarında axtarışlar aparırlar. Əsgərlərin axtarış metodları narazılıq yaratmış və bunun nəticəsində gərginlik yaranmışdır.