ABŞ hərbi qüvvələri 11 türk əsgərini həbs edib - 2003-07-05

Turkiyə İraqın şimalında Birləşmiş Ştatların qüvvələri tərəfindən tutulub saxlanılan 11 türk əsgərinin tə’cili surətdə buraxılmasını tələb edir. Türkiyənin hadisənin təfərrüatı ilə tam tanış olmayan səlahiyyətli nümayəndələri Birləşmiş Ştatlar qüvvələrinin cümə günü İraqın kürdlərin nəzarəti altında olan Süleymaniyyə hərbi bazasına hücum etdiklərini bildirirlər. Birləşmiş Ştatların Ankaradakı rəsmiləri bu hadisədən xəbərləri olmadıqlarını bildiriblər. Türkiyənin mətbuat xəbərlərində deyilənə görə 100 nəfərə qədər Amerika əsgəri xüsusi tə’yinatlı Türk qüvvələrinin kürdlərin regional gübernatoruna hücumunun qarşısını almaq məqsədi ilə onlara hücum etmişlər. Lakin Türk rəsmiləri belə bir planın olduğunu inkar edirlər. Türkiyənin baş naziri Təyyup Ərdoğan bu gün etdiyi çıxışında Birləşmiş Ştatların Türk qüvvələrinə qarşı etdikləri bu hərəkəti iyrəng əməl adlandırmışdır. Türkiyə rəsmiləri bildirirlər ki, cümə günü Türkiyənin xarici işlər naziri Abdulla Gül bu məsələ haqda Birləşmiş Ştatların dövlət katibi Kolin Pauellə danışmışdır. Kolin Pauel bu reydlə bağlı məsələni aydınlaşdırmağa söz versə də hələ heç bir cavab verməmişdir.