Ərəbdilli Əl-Ərəbiyyə telekanalı iki oğlunun öldürüldüyü e’lan edildikdən bir gün sonra Səddam Hüseynin səs yazısı olan kaseti səsləndirib. Kasetin iyul ayının 20-i, Mosul əməliyyatından iki gün əvvəl yazıldığı bildirilir. Kasetdə İraq əsgərləri koalisiya qüvvələrinə qarşı qalxmağa çağırılıb. Orada deyilib ki, müharibə hələ başa çatmayıb. Səsin Səddama məxsus olduğu hələ sübut edilməyib. Lakin İraqın BMT-dəki keçmiş səfiri bunun Səddam Hüseynin səsi olduğunu deyib.