Keçmiş KQB generalı ABŞ vətəndaşıdır - 2003-08-06

Rusiyada qiyabi olaraq vətənə xəyanətdə günahlandırılan keçmiş KQB Generalı Oleg Kalugin bu həftənin əvvəllərində ABŞ-ın Baltimor şəhərində and içərək Amerika vətəndaşı olub. General Kalugin 1973-cü ildən 1980-ci ilə qədər KQB-nin qarşı kəşfiyyat şöbəsinin rəisi olub. O,1990-cı ildə KQB-dən istefaya çıxıb və daha sonra isə Birləşmiş Ştatlara köçüb. Yazdığı bir kitabda dövlət sirlərini açıqladığına görə keçən il Moskvanın bir məhkəməsi cənab Kalugini qiyabi olaraq vətənə xəyanətdə ittiham edib.