Deyvid Kellinin arvadı məhkəmədə ifadə verib - 2003-09-01

Britaniyalı silah eksperti Deyvid Kellinin dul qalmış həyat yoldaşı video bağlantı vasitəsilə ərinin intihar etməsilə bağlı məhkəmədə ifadə verib. Cenis Kelli bildirib ki, hökumətin İraqla müharibəyə başlamaq üçün gətirdiyi dəlilləri araşdıran mə’lumatda əsas mənbə kimi göstərildiyi zaman həyat yoldaşı özünü aldadılmış hiss etmişdi. “Kim tərəfindən aldadılmış” soruşulduqda xanım Kellli həmin şəxsin müdafiə naziri olduğuna inandığını bildirmişdir.