İraqda 100 000 əsgər qalacaq - 2003-11-22

”Nyu-York Taymz” qəzetinin yazdığına görə Birləşmiş Ştatların 100 minə yaxın əsgərdən ibarət hərbi qüvvəsi 2006-ci ilin əvvəllərinədək İraqda saxlanılacaq. Qəzet yazır ki, bu plan Amerikanın bəzi ordu nümayəndələrinin narahatlığı ilə qarşılanıb. Onlar İraqda sabitliyin bərqərar edilməsinin düşünüldüyündən qat-qat ağır olacağını deyirlər. Qeyd edək ki, Amerika qüvvələrinin sayı azaldılmadan əvvəl iraqlılar təhlükəsizlik əməliyyatları sahəsində təlimdən keçirilirlər.