Müğənni Sindi Loper yeni albomunu buraxdı - 2003-12-07

Sindi Loper MTV musiqi televiziyasının yarandığı ilk zamanlar ən tanınmş müğənnilərdən biri, MTV ulduzu idi. Onun “Girls Just Wanna Have Fun” adlı debyüt albomunun 5 milyon nüsxəsi satılmışdı. İndi Sindi Loper “At Last” adlı yeni albomunu çıxarıb və başqalarını məşhur edən mahnılar da ifaə edir. Müğənni yeni albomun yaranmasında Nyu Yorkun Quinsdə hissəsində yaşayan insanların müstəsna əhəmiyyətini qeyd edir. Quinsdə böyüyən Sindi deyir ki, burada müxtəlif entik qruplar və mədəniyyətlər təmsil olunub. Amma bu müxtəlif insanları birləşdirən cəhət onların musiqiyə sevgisidir. “At Last” albomunda Sindi Loper “Making Whoopee” mahnısını Quinsdən çıxmış daha bir müğənni Toni Benetlə ifa edir. Toni Benet albomda Sindi Loperlə çıxış edən yeganə tanınmış musiqiçi deyil. “Until You Come Back” mahnısını oxuyan zaman Stivi Uonder müğənnini dodaq qarmonunda müşayət edir. Çox gənc, hətta bəzən uşaq səsinə bənzər səslə oxuyan Sindi Loperin yeni albomu müğənninin daim şən əhval ruhiyyədə olub, əylənmək və şənlənmək arzusu ilə yaşadığını göstərir. “On the Sunny Side of the Street” mahnısı yəqin ki, buna sübut ola bilər.