İraqda zorakılıqlar  davam edir - 2003-12-24

Birləşmiş Ştatların İraqdakı hərbi nümayəndləri Bağdadın şimal bölgəsində yol kənarına yerləşdirilmiş bir bomba partlayışı zamanı 3 Amerika əsgərinin həlak olduğunu bildirirlər. Bu gün Səmarra şəhəri yaxınlığında partlayıcı qurğuya dəyən bir maşın partlamış, nəticədə 4 adam həlak olmuşdur. Kürdlərin yaşadığı Ərbil şəhərində isə partlayıcı maddələrlə dolu bir maşın Daxili İşlər Nazirliyinin qərarganı yaxınlığında partlamışdır. İki polis nəfəri, iki yoldan keçən və hücumçunun özü həlak olmuşlar.