İspaniya polisi Morata de Tajuna kəndində axtarış apardığı bir evdə mart ayının 11-i 190 adamın ölümünə səbəb olmuş bombanın komponentlərini aşkar etmişdir. Bu kənd Madridin cənub-şərq bölgəsində yerləşir. Mətbuat xəbərlərinə əsasən bu evdə hadisə ilə əlaqədar həbs edilmiş 18 nəfərdən biri yaşayırmış. Evdə digər iki şübhəlinin barmaq izləri də aşkar edilmişdir.