Əfqanıstanda 8 şübhəli həbs edilib - 2004-04-19

Əfqanıstan hökümətinin təhlükəsizlik qüvvələri və NATO-nun başçılıq etdiyi sülhümühafizəçilər yerli silhalı qruplaşma və Əl-Qaidə terror şəbəkəsi ilə əlaqələri olmaqda şübhələnilən o səkkiz nəfəri həbs ediblər. Kabildəki beynəlxalq qüvvələrin nümayəndəsi müxbirlərə bildirib ki, həbs edilən şəxslər arasında Hezbi-İslami silhalı dəstənin yüksək rütbəli üzvü də var. Bu qrupa səhra komandiri, keçmiş baş nazir Gülbəddin Hikmətyar başçılıq edir. Hikmətyarın hakimiyyətdən devrilmiş Taliban və Əl-Qaidə terror şəbəkəsi ilə əməkdaşlıq etdiyi ehtimal olunur.