Qazaxıstanda parlament seçkiləri keçiriləcək - 2004-06-15

Qazaxıstan prezidenti Nursultan Nazarbayev sentyabrın 19-da parlamentə seçkilərin keçiriləcəyini bildirib. O, bu bəyanatı rəhbərlik etdiyi Otan partiyasının Astanada keçirdiyi yığıncağında verib. 1991-ci ildə Sovet İttifaqı dağıldıqdan sonra, Qazaxıstan məhdud şəkildə demokratik islahatlar həyata keçirib. Bu son illərdə Beynəlxalq təşkilatların bəziləri Qazaxıstan hökumətinin siyasətini tənqid edən müxalifət liderlərini və jurnalistləri susdurmaqda qınamışlar.