İraqda  hakimiyyət  İraqın müvəqqi  hökumətinə  təhvil verilmişdir - 2004-06-28

Bağdadda bu gün səhər tələsik olaraq təşkil edilən mərasimlə İrağın 15 aydan bəri davam edən işğalına son qoyulub. ABŞ-ın İraqdakı mülki administratoru Pol Beremer bu barədə bir məktubu İraqın liderlərinə təqdim edib. İraqın müvəqqəti baş naziri İyad Əlavi İraqı Səddam Hüseyn rejimindən xilas etdiklərinə görə koalisiya qüvvələrinə təşəkkürünü bildirib. O ölkənin hər tərəfində təhlükəsizliyin təmini üçün İraqlıların hələ də köməyə ehtiyacları olduğunu desə də artıq bunun əsas olaraq İraqlıların vəzifəsi olmasını təkid edib. İraqın Baş naziri Birləşmiş Ştatlar və koalisiyanın digər üzvlərinə teşəkkürünü bildirib. İraqın baş naziri İraqda tökülən qanların, ölkənin dəyərləri, azadlıq və demokratiya uğrunda töküldüyünü xatırladıb. O terrorçuluğa qarşı mübarizənin davam edəcəyini bildirib. Qeyd edək ki, İraqdakı 160 min nəfərlik xarici qüvvə iraq hökumətinin nəzarətində olmayacaq ancaq geniş hərbi əməliyyaytlar barədə qərarların qəbulunda İraq hökuməti də iştirak edəcək.