İran ABŞ-ın müxalifət qrupunu müdafiə etmək qərarını pisləyir - 2004-07-27

İran ABŞ-ın Vaşinqtonun terror təşkilatları sıyahısında olan İraqda İranın müxalifətdəki Xalq Mücahidləri qrupuna xüsusi status verməsi qərarını kəskin tənqid atəşinə tutub. Xarici işlər nazirliyi ABŞ-ın Cenevrə Konvensiyasının maddələrindən terrorçuları müdafiə etmək üçün istifadə etdiyini və Ameirkanın terrorizmə qarşı mübarizədə “ciddi olmadığını” bəyan edib. Tehran militantların İrana təhvil verilməsini istəyir. Bazar ertəsi ABŞ hərbi qüvvələri İraqın qərbində hərbi düşərgədə mövqe tutmuş Xalq Mücahidlərinin 3 min 800 üzvünə “müdafiə altında olan şəxs” statusu verildiyini bəyan etmişdi. Dövlət Departamentinin nümayəndəsinin bildirdiyinə görə, bu addım ABŞ tərəfindən qrupun terror təşkilatı kimi səciyyələndirilməsini dəyişdirməyəcək. Nümayəndə bildirib ki, bu status qrup üzvlərinin bir zaman terror fəaliyyətlərinə görə cəzadan azad edildiyi demək deyil.