K.Xərrazi: İran böhranının həlli dialoqdur - 2004-09-23

İranın xarici işlər naziri Kəmal Xərrazinin bildirdiyinə görə islam Respublikasının nüvə proqramının yaratdığı beynəlxalq böhranının həlli yolu yalnız dialoqdur. Bu gün dövlət televiziyası ilə çıxış edən nazir İranın nüvə silahı əldə etmək niyyətində olmadığını bildirib. O deyib ki, İranı sülh mahiyyətli nüvə texnoligoyasından əl çəkməyə heç kim vadar edə bilməz.