Bosniya seçkilərində millətçilər qalib gəlib - 2004-10-03

Bosniya-Herseqovinada seçki rəsmilərinin bildirdiyinə görə ilkin nəticələrə əsasən, Şənbə günü keçirilmiş bələdiyyə seçkilərində Xorvat, Müsəlman və Serb millətçiləri müvəffəqiyyət qazanıblar. Rəsmilərin dediyinə görə bələdiyyələrin üçdə birindən götürülmüş nəticələr 3 qüdrətli partiyanın -- Demokratik Hərəkət uğrunda Müsəlman partiyası, Xorvat Demokratik İttifaqı və Serb Demokratik Partiyasının -- qalib gəldiyini göstərir. Amma eyni zamanda mülayim mövqeli Müstəqil Sosial Demokratlar İttifaqı şəhərdaxili seçkilərdə müharibə cinayətlərində ittiham edilən Radovan Karadziç tərəfindən yaradılmış Serb Demokratik Partiyasından bir neçə yer ala bilmişdir.