Bağdad və Mosulda bomba parlayışları zamanı 24 adam həlak olub  - 2004-10-04

100-ə yaxın adamın yaralandığı xəbər verilir. Birləşmiş Ştatlar və İraq rəsmiləri Bağdadda İraqın milli qvardiyası sıralarına çağırış məntəqəsində baş vermiş bomba partlayışı zamanı 15 adamın öldüyünü bildiriblər. Mehmanxanaların yerləşdiyi yerdə baş vermiş daha bir bomba partlayışı zamanı isə azı 6 adam həlak olub. Mosulda xəstəxana rəsmilərinin verdiyi məlumata görə, bomba partlayışı zamanı iki hücumçu da daxil olmaqla, üç nəfər ölüb. Bundan bir neçə saat sonra baş vermiş partlayış zamanı isə bir ABŞ əsgəri yaralanmışdır. Digər məlumatlarda Baquba şəhərində qatillərin İraq polis zabitini, Bağdadda isə elm nazirliyinin yüksək səviyyəli rəsmisini öldürdüyü deyilir. Bu arada, ABŞ hərbi qüvvələri Fəllücədə hava hücumlarını davam etdirirlər. Birləşmiş Ştatların rəsmilərinin bildirdiyinə görə, əsas hədəflər üsyançıların istifadə etdiyi binalar olduğuna inanılan obyektlər olmuşdur.