ABŞ-ın müdafiə naziri prezident Buşun təklifini qəbul edib - 2004-12-04

ABŞ-ın müdafiə naziri Donald Ramsfeld vəzifəsində qalması barədə prezident Buşun təklifini qəbul edib. Cənab Ramsfeld İraq və Gvantanamadakı məhbusların hərbiçilər tərəfindən təhqiri ilə əlaqədar tənqidlərə məruz qalır. Qanunveriçilər də onu İraqda sabitliyi təmin etmək üçün oraya lazımı qədər hərbi qüvvə göndərməməkdə qınayır. Mütəxəssislər deyirlər ki, cənab Ramsfeld planına əsasən Birləşmiş Ştatlar hərbi qüvvələrini müasirləşdirmək və terrora qarşı aparılan müharibədə qələbə çalmaq üçün vəzifəsində qalmaq istəyir. Keçmişdə konqresmen, Ağ Evin kadrlar şöbəsinin müdiri və müdafiə naziri olan cənab Ramsfeld prezident Buş və vitse prezident Çeyni tərəfindən çoxdandır ki, müdafiə olunur.