K.Annan İraq seçkilərini demokratiyaya doğru ilk addım adlandırır - 2005-01-30

Birləşmiş Millətlər Təşkilatının baş kaziti Kofi Annan İraqlı seçicilərin dünya tərəfindən dəstəklənməsinə çağırıb. Bu gün Nigeriyada çıxış edən BMT-nin baş katibi seçkiləri demokratik prosesin ilk addımı adlandırıb. Kofi Annan deyib ki, iraqlılar səs verməklə ölkələrinin gələcəyini müəyyən edir və öz müqəddəratlarının özlərinin həll edəcəkləri günə yaxınlaışırlar. BMT-nin baş katibi həm də zorakılıqlara son qoyulmasına çağırıb.