Qırğızıstanın parlament seçkiləri demokratiya öhdəliklərinə bir sınaqdır. Müxalif partiyalar səsvermənin ədalətli və azad keçmədiyini bildirilər. Bir neçə müxalif namizəd seçkilərdən kənarlaşdırıldığı və hökumətin müstəqil mətbuatın işinə müdaxilə etdiyindən şikayətlənir. Keçən həftə minlərlə nümayişçi namizədlərin qeydiyyatdan keçirilməməsinə etiraz olaraq iki gün yolları bağlamışdı. Prezident Əskər Akayev səsvermənin şəffaf keçirilməsi üçün hər bir lazımi ölçünün götürüldüyünü bildirib. Seçki nümayəndələri səsvermənin insidentsiz keçdiyini xəbər verirlər.