Minnesota ştatının Amerika hindlilərinin yaşadığı Red Lake rezervasiyasında yuxarı sinif şagirdi dozzuq nəfəri qətlə yetirdikdən sonra intihar etmişdir. Rezervasiyanın nümaydəsi mətbuat üçün verdiyi açqılamada deyib ki, məktəbdə təhlükəsizlik məsələlərinə görə məsul şəxslər məktəblinin əlində odlu silahı gördükdən sonra faciənin qarşısının alınması üçün əllərindən gələni ediblər, lakin vəziyyətə nəzarət etmək mümkün olmayıb. Hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, şəxsiyyəti hələlik müəyyən edilməyən yuxarı sinif şagirdi əvvəlcə evdə babasını qətlə yetirib, sonra məktəbə gələrək təhlüikəsizlik nümayəndəsini, müəllimi və bir neçə şagirdi öldürüb. Yerli polislə atışmadan sonra o özünü güllə ilə vurub öldürüb. Hadisənin motivləri müəyyən edilməyib.