ABŞ Dövlət Departamentinin Avrasiya məsələləri üzrə böyük məsləhətçisi Stiven Mənn Azərbaycanda səfərdədir - 2005-04-25

ABŞ Dövlət Departamentinin Avrasiya məsələləri üzrə böyük məsləhətçisi, ATƏT-in Minsk Qrupununun həmsədri Stiven Mənn Azərbaycanda səfərdədəir. Onun bu gün prezident İlham Əliyevlə görüşündə ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə edilib. AzərTAC dövlət agentilyinin məlumatına görə, görüşdə tərəflər bu günlərdə GUÖAM dövlət başçılarının Kişinyovda keçirilən zirvə toplantısından məmnun qalıdqlarını bəyan edib. Cənab Mənn zirvə toplantısında Rumıniya və Litva prezidentlərinin də iştirakını GUÖAM-a olan marağın artmasının ifadəsi kimi dəyərləndirib. Prezident İlham Əliyev GUÖAM-ın beynəlxalq münasibətlər sistemində rolunun getdikcə artdığını vurğulayıb. «GUÖAM təşkilatı gələcəkdə regional sülhün və təhlükəsizliyin təmin olunması işinə xidmət edəcəyinə də əminəm»-deyə dövlət başçısı bildirib. Görüşdə ikitərəfli münasibətlərinin daha da inkişaf etdirilməsi, Azərbaycanda həyata keçirilən iri enerji layihələrinin perspektivləri, Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi də aparılıb.