İranda yaşayan azərbaycanlıların hüquqları Azərbaycan Respublikasındakı qeyri-hökumət təşkilatlarının diqqətindədir

Aqil Səmədbəyli bildirib ki, BAB İranda yaşayan azərbaycanlıların hüquqları uğrunda mübariz Abbas Lisaninin aclığı dayandarmasını alqışlayır. O hesab edir ki, cənab Lisani İranda yaşayan azərbaycanlıların öz hüquqları uğrunda apardığı dinc mübarizəni bir daha dünyada nümayiş etdirdi. A.Səmədbəyli BAB-ın İranda yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsi ilə bağlı beynəlxalq təşkilatlarla davamlı iş apardığını deyib.