Dünya Azərbaycanlıları  Konqresi İranın qeyri-insani hərəkətlərinə etiraz edir

Dünən Dünya Azərbaycanlıları Konqresinin təşəbbüsü ilə Avropa Parlamenti qarşısında Güney Azərbaycanda yaşayan azərbaycanlıların milli haqlarını müdafiəsi və İranda qeyri-fars millətlərə qarşı İran hakimiyyətinin qeyri-insani əməllərinə etiraz olaraq aksiya keçirib. Bu barədə Dünya Azərbaycanlıları Konqresinin mətbuat xidməti məlumat yayıb.
Xəbərə görə, aksiyada Avropa ölkələrində və Amerikada fəaliyyət göstərən Güney Azərbaycanın ictimai-siyasi təşkilatlarının təmsilçiləri iştirak edib.