ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi Azərbaycanda  İcma əlaqələri layihəsini elan edib

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi Azərbaycanda “İcma əlaqələri” layihəsini elan edib. Amerika Birləşmiş Ştatlarının Bakıdakı səfirinin müavini Ceyson Haylond bildirib ki, yeni layihənin məqsədi dövlət və özəl qurumların əməkdaşlarına təlim keçmək, onların ABŞ-a səfərlərini təşkil etmək, habelə Amerika-azərbaycan regionları və xalqları arasında əlaqələri gücləndirməkdir. Onun sözlərinə görə, müvafiq qaydada tibb, təhsil, din, mədəniyyət, kənd təsərrüfatı və başqa sahələr üzrə seçiləcək mütəxəssislər üç həftə müddətində ABŞ-da öz həmkarlarının təcrübəsi ilə tanış olacaq və işgüzar əlaqələr yarada biləcək. Proqramm 5 ilə həyata keçiriləcək və layihənin icraçısı ABŞ-ın Procekt Harmony təşkilatıdır. "İcma əlaqələri" proqramının direktoru Kerri Kasper bildirib ki, laiyhə çərçivəsində Azərbaycanın 7 icması ABŞ-a səfər edəcək. « Proqramda travmaların qarşısının alınması, tələbələrin iştirakı ilə təhsilin keyfiyyətinin artırılması, əl işlərinin istehsalı və satışı, ailə planlaşdırılması, seçki prosesində qadınların iştirakı, kiçik aqrobiznes kooperativləri icmalarının nümayəndələri iştirak edəcək. Hər icma üzrə Azərbaycanın müəyyən edilmiş rayonlarından nümayəndələr seçiləcək. ABŞ-a səfər edən icma nümayəndələri ailələrdə yaşayacaq.