İran ABŞ və NATO-nun Cənubi Qafqazda möhkəmlənməsinə qarşıdır

Sülh və Demokratiya” institutunun konfliktologiya mərkəzinin rəhbəri Arif Yunusov hesab edir ki, İran NATO-nun və ABŞ-ın Cənubi Qafqazda möhkəmlənməsini özü üçün böyük təhlükə sayır. Alimin fikrincə, Azərbaycan NATO-ya üzv olma istəyini açıq ifadə etsə ciddi əks reaksiyalar doğurar. Cənab Yunus hesab edir ki, İranda artıq İslam inqilabı dəyərlərini itirib. Hazırda ölkə daxilində milli dəyərlər uğrunda mübarizə daha xarakterikdir.