Bakının mərkəzində yüzlərlə insan Məhəmməd peyğəmbərin karikaturasının dərcinə etiraz edib

Yüzlərlə dindar Aşura günü münasibətilə Bakıda icazəsiz yürüş keçirib. Yürüş "Nizami" metro stansiyasının yanından başlayıb. Oradan yürüşçülər qara, yaşıl bayraqlar və palakatlar qaldıraraq Fransa səfirliyinə doğru irəliləyib. Onlar bu ölkənin KİV-ində Məhəmməd Peyğəmbərin karikaturalarının dərcinə etirazını bildirib. Aksiya iştirakçıları "Allahu Əkbər!" şüarı səsləndirib. Aksiya icazəsiz olsa da, polis müdaxilə etməyib, yalnız yürüşçüləri müşayiət edib. Ancaq yürüşçüləri Fransa səfirliyinin yaxınlığında saxlayıb. Sonra yürüşçülərlə Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyevlə danışıqlar aparıb. Yürüşçülərə təklif olunub ki, öz tələblərini çatdırmaq üçün səfirliyə 2-3 nəfər səfirliyə göndərilsin. Bundan sonra yürüşçülər "Təzəpir" məscidinə gedib.