Qəbələ RLS-lə bağlı ABŞ, Azərbaycan və Rusiya  məsləhətləşmələri başlayır

Sabah Azərbaycan, Amerika və Rusiya ekspertlərinin Qəbələ Radiolakasiya Stansiyası (RLS) ilə bağlı üçtətərfli məsləhtələşmələri başlayır. Azərbaycan nümayəndə heyətinin tərkibinə xarici işlər, müdafiə, milli təhlükəsizlik nazirliklərinin və Milli Elmlər Akademiyasının ekspertləri daxildir. Bu barədə Azərbaycan xarici işlər nazirliyinin mətbuat katibi Xəzər İbrahim bildirib. Onun sözlərinə görə, Amerika və Rusiya tərəflərini danışıqlarda bu ölkələrin müdafiə və xarici işlər nazirliklərinin mütəxəssisləri təmsil edəcək. Cənab İbrahim danışıqların texniki xarakter daşıyacağını bildirib. Mətbuat katibi «Amerikanın səsi» radiosunun «RLS-in sahibi olan Azərbaycanı daha çox nə qane edir –stansiyanı Rusiyanın istifadə etməsi, yoxsa Qərb Raket Əleyhinə Müdafiə Sisteminə daxil edilməsi» sualına isə diplomatik cavab verib. «Azərbaycan reginal və qlobal təhlükəsizlik sisteminə töhvə vermək fikrindədir». Gürcüstanda səfərdə olan Azərbaycan müdaifə naziri Səfər Əbiyev isə bəyan edib ki, ABŞ, Rusiya və Azərbaycan hərbi ekspertlərinin üçtərəfli görüşündən sonra Qəbələ RLS-in birgə istifadə olunması məsələsi üzrə siyasi qərar qəbul edilə bilər. “Hazırda Rusiya tərəfinin Qəbələ RLS-i təqdim edəcəyi Azərbaycan, ABŞ və Rusiya nümayandə heyətləri görüşür. Bu, hərbi ekspertlərin görüşüdür. Bundan sonra RLS-in mümkün birgə istifadəsi ilə bağlı qərar qəbul ediləcək”,-deyə o qeyd edib. Qəbələ RLS keçmiş SSRİ tərəfiəndən 1985-ci ildə tikilib. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra RLS milliləşdirlib. Bununla yanaşı, Azərbaycan stansiyada qulluq edən Rusiya hərbçilərini ölkədən çıxarmayıb. 2002-ci ildə iki ölkə arasında RLS-nin 10 il müddətində Rusiyanın icarəsinə verilməsi barədə Saziş imzalanıb. Bu ilin iyununda isə Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Corc Buşla görüşündə stnasiyadan bircə istafdə ilə batğlı təklif irəli sürüb.