Azərbaycanda uşaqların çoxsaylı problemləri mövcuddur

Uşaq Hüquqları üzrə Qeyri Hökumət Təşkilatları Milli Alyansının koordinatoru Nabil Seyidov Azərbaycanda uşaqların sosial müdafiəsinin zəif olduğunu bildirib. Onun sözlərinə görə, əlil, valideyn himayəsindən məhrum və küçə uşaqlarının hüquqlarının müdafiəsində problemlər var. Cənab Seyidov Azərbaycan əhalisinin yarıya qədərinin uşaqlar olduğunu deyib.