Azərbaycanın yeni hökumətində yalnız iqtisadi inkişaf naziri dəyişdirilib

Azərbaycan prezidenti yeni hökumətin təşkili ilə bağlı sərəncamlar imzalayıb. Sənədə görə, Yaqub Eyyubov Baş nazirin birinci müavini, Abid Şərifov, Elçin Əfəndiyev Baş nazirinin müavinləri, Əli Həsənov Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Baş nazirin müavini təyin edilib.

Prezidentin digər sərəncamı ilə isə

- Azad Rəhimov gənclər və idman naziri;
- Eldar Mahmudov milli təhlükəsizlik naziri;
- Elmar Məmmədyarov xarici işlər naziri;
- Əbülfəz Qarayev mədəniyyət və turizm naziri;
- Əli Abbasov rabitə və informasiya texnologiyaları naziri;
- Fazil Məmmədov vergilər naziri;
- Fikrət Məmmədov ədliyyə naziri;
- Füzuli Ələkbərov əmək və əhalinin sosial müdafiəsi naziri;
- Hüseynqulu Bağırov ekologiya və təbii sərvətlər naziri;
- İsmət Abasov kənd təsərrüfatı naziri;
- Kəmaləddin Heydərov fövqəladə hallar naziri;
- Misir Mərdanov təhsil naziri;
- Natiq Əliyev sənaye və energetika naziri;
- Oqtay Şirəliyev səhiyyə naziri;
- Ramil Usubov daxili işlər naziri;
- Samir Şərifov maliyyə naziri;
- Səfər Əbiyev müdafiə naziri;
- Şahin Mustafayev iqtisadi inkişaf naziri;
- Yavər Camalov müdafiə sənayesi naziri;
- Ziya Məmmədov nəqliyyat naziri təyin edilib.
Yeni hökumətin tərkibində yalnız iqtisadi inkişaf naziri Heydər Babayev yoxdur. Onu bundan öncə vergilər nazirinin müavini olmuş Şahin Mustafayev əvəz edib.