ABŞ-ın Liviyanın Benqazi şəhərindəki səfirliyinə bomba hücumu olub

Birləşmiş Ştatların Liviyanın Benqazi şəhərindəki səfirliyini rəsmisinin bildirdiyinə görə, bu gün axşam səfirlik bomba hücumuna məruz qalıb. Məlumatda əldə düzəldilmiş bombanın səfirliyin girəcəyində, darvazasının yanında işə salındığı, lakin xəsarət alanların olmadığı deyilir.

Liviya paytaxtı Tripolidən 1000 km məsafədəki Benqazi şəhərində həyata keçirilən bu hücum keçən il Müəmmar Qəzzafiyə qarşı üsyanların başladığı vaxtdan bəri xarici nümayəndəliklərə edilən hücumlardan sonuncusudur.