ABŞ-da uçuş təlimləri almış xaricilər yoxlamadan keçməyiblər

ABŞ hökumətinin hesabatında deyilir ki, bir sıra xarici tələbələr ABŞ-da terror məlumat bazasında qeydiyyatdan keçmədən uçuş təlimləri alıblar.

Hesabatda vurğulanır ki, uçuş məktəbləri hələ də bilmədən terrorçulara təlim vermiş ola bilərlər. 2001-ci il, 11 sentyabrda sərnişin təyyarələrini Pentaqon və Dünya Ticarət Mərkəzinə çırpan bəzi Əl-Qaida üzvləri Amerikada təlim almışdılar.

Sentyabrın 11-dən sonra hökumət bütün xarici uçuş tələbələrinin cinayət tarixçəsini tələb edən qaydalar təsis edib.