Füsunkar Abxaziya

Qara Dəniz sahillərində Suxumi limanında günəşin qürub etməsi 20-ci əsr rəssamlarını və turistləri Abxaziyanı "Rusiya Riviyerası" adlandırmağa sövq etmişdi.  (V. Undritz/Amerikanın Səsi)

Qaqra dəmiryol stansiyası Qarfqaz dağları zirvəsində yerləşən Ritsa gölü sahillərindəki villada istirahət etməyə gələn Sovet diktatoru İosif Stalini qarşılamaq üçün inşa olunmuşdu.  (V. Undritz/Amerikanın Səsi)

Pitsundada müşahidə göyərtəsi və disko 1970-ci illərdə Şərqi Almaniya, Polşa və Çexoslovakiyadan gələn turistləri əyləndirərdi. (V. Undritz/Amerikanın Səsi)

Sovet dönəmində anbar kimi istifadə olunan Yeni Atos Monastırı bərpa edilib.  İndi bura Abxaziyanın fəxri sayılır.  (V. Undritz/Amerikanın Səsi)

Suxumidə Azadlıq Meydanında Gürcüstan hərbçilərinin sonuncu hərbi qərargahının dağıntıları görünür.  Gürcüstan 1993-cü ildə Abxaziyanı itirəndən bəri bu bina olduğu kimi qalır. (V. Undritz/Amerikanın Səsi)

Abxaziyanın Bzipta qəsəbəsində dil məktəbinin dağıntıları qarşısında Leninin heykəli kif basır.  (V. Undritz/Amerikanın Səsi)

"Sülh və Abxaziyanın azadlığı uğrunda." Müharibə qəhrəmanlarının şəkilləri Abxaziya bayrağının üzərində əks olunub.  (V. Undritz/Amerikanın Səsi)

Təpəlikdə Art Nouveau stilində inşa edilmiş köhnələn imarətin qalıqları Suxuminin Çar dönəmindəki mühüm liman və sanatoriya kimi şöhrətindən xəbər verir.  (V. Undritz/Amerikanın Səsi)

Türk gəmisi Suxumi limanında karqo boşaldır.  Gürcüstan donanmasının patrul gəmiləri Abxaziyaya yük gətirən türk gəmilərini daha saxlamırlar.  (V. Undritz/Amerikanın Səsi)

Hətta mövsümdən kənar Mart ayında da Suxuminin Mərkəzi Bazarında faraş meyvələr satılır.  (V. Undritz/Amerikanın Səsi)

Suxumi Botanika Bağı 1840-cı ildə Çar Rusiyasının yeni müstəmləkələrinə çay və sitrus meyvələri təqdim etmək üçün salınıb.  1992-93 müharibəsindən sonra bağın fəaliyyəti bərpa olunub. (V. Undritz/Amerikanın Səsi)

"Abxaziya Qəhrəmanların Eşq Olsun!" 1993-cü ildə Suxumiyə gedən yol uğrunda həlak olan abxazların xatirəsinə ucaldılan abidə.  (V. Undritz/Amerikanın Səsi)