ABŞ 50 ildən sonra Kubaya ilk təyyarə reysini həyata keçirir

ABŞ sərnişin təyyarəsi Kuba və amerika arasında əlaqələrin normallaşmasının bir hissəsi olaraq 50 ildən çox bir vaxt ərzində Kubaya ilk uçuşunu həyata keçirməyə hazırlaşır.

ABŞ-ın Jet Blue hava yolları şirkətinin təyyarəsi Floridanın Fort Loderdeyl hava limanından Kubanın Santa Klara şəhərinə uçuş həyata keçirəcək.

Birləşmiş Ştatların 2014-cü il dekabr ayında Kuba ilə diplomatik əlaqələrin normallaşdırmasını elan etməsindən sonra kommunist ölkədə turizmin inkişafına təkan verilib.

Birləşmiş Ştatlarda yaşayan 300 minə yaxın kubalı hər il vətənlərinə səfər edə biləcək.

ABŞ qanunları ilə Kubaya turist kimi səfərlərə hələlik qadağa qoyulsa da, prezident Barak Obama ailə ziyarəti, işlə bağlı ezamiyyət, jurnalistlərin səfərləri və təhsil turlarının həyata keçirilməsinə icazə verib.

American Airlines, Frontier Airlines, Silver Airways, Southwest Airlines və Sun Country Airlines hava yolları şirkətləri də Kubaya uçuşlar həyata keçirməyi planlaşdırır.