Tramp administrasiyası ÜTT-nin bir qrup üzv ölkəsinin tarif qərarını mübahisələndirir

Tramp administrasiyası Ümumdünya Ticarət Təşkilatı çərçivəsində Çin, Avropa İttifaqı, Kanada, Meksika və Türkiyənin son addımlarını mübahisələndirir.

ABŞ-ın ticarət nümayəndəsi Robert Laytayzer deyib ki, həmin ölkələr tərəfindən ABŞ-dan ixrac edilən məhsullara ümumi dəyəri 28.5 milyard dollar həcmində tətbiq edilən cavab tarifləri Ümumdünya Ticarət Təşkilatı qaydalarına ziddir.

Tramp administrasiyasının fikrincə, alüminium və polada tətbiq edilən orijinal tariflər milli təhlükəsizlik narahatlıqlarından irəli gəlirdi və həmin tariflər cavab addımları deyildi.

Ümumdünya Ticarət Təşkilatında ölkələrin qərar qəbul edərkən milli təhlükəsiz maraqlırını ilə bağlı narahatlıqlarını ifadə etmək imkanı mövcuddur.

Beynəlxalq Valyuta Fondu xəbərdarlıq edib ki, ticarətlə bağlı artmaqdan olan münaqişə dünya iqtisadiyyatına hədə altına qoyur.