Əmək Departamenti ötən ayın statıstikasını açıqlayıb
ABŞ iqtisadiyyatı iyul ayında 255.000 yeni iş yerinin açılmasına və maaşların cüzi artımına nail olub.
Əmək Nazirliyi tərəfindən cümə günü hazırlanan hesabatda həmçinin işsizlik faizinin sabit olaraq 4.9 faiz qaldığı bildirilir.
Hökumət ekspertləri yeni iş yerlərinin biznes xidmətləri, tibb və maliyyə sahələrində açıldığını deyir. Neft sənayesini də əhatə edən mədən sənayesi neft qiymətlərin azalması ilə geriləməkdə davam edir.
Məlumatda 7.8 mln amerikalının hələ işsiz olduğu və tam ştatlı iş axtaran 5.9 milyon insanın yalnız yarımştat işlə təmin olunduğu qeyd edilib.