ABŞ və Avropa müzakirəçiləri Nyu-Yorkda ticarətə dair mübahisəli trans-Atlantik razılaşma ilə bağlı danışıqları bərpa edib.
ABŞ prezidenti Barak Obama və Almaniya prezidenti Angela Merkel razılaşmaya dəstək bildirib. Lakin razılaşmanın əldə edilməsi perspektivi Almaniya, Avstriya, Belçika və Finlandiyada həftə sonu etiraz aksiyaları ilə qarşılanıb.
Tərəflər arasında danışıqların növbəti raundu cümə gününə qədər davam etdiriləcək. Bu, keçən ildən başlayaraq keçirilən doqquzuncu iclasdır.
Rəsmilər ABŞ-Avropa razılaşmasının Atlantik okeanın hər iki tərəfində ölkələrə hər il 100 milyard dollar əlavə gəlir gətirəcəyini bildirirlər.
Razılaşmada dünyanın iqtisadi cəhətdən ən inkişaf etmiş ölkəsi olan ABŞ və 28 ölkənin daxil olduğu və ABŞ-dan daha böyük iqtisadiyyata malik Avropa İttifaqı arasında onsuz da aşağı tariflərin aradan qaldırılması, eyni zamanda iki qitə üçün bəzi qaydaların ümumiləşdirilməsi nəzərdə tutulur.