ABŞ-ın Kabildəki səfirliyi Əfqanıstandakı vətəndaşlarına xəbərdarlıq edib

Amerika Birləşmiş Ştatlarının Kabildəki səfirliyi Əfqanıstanın şəhərlərindən birində planlaşdırılan hücumla bağlı xəbərdarlıq edərək bildirib ki, onlara qarşıdakı iki gün ərzində hücum həyata keçiriləcəyi ilə bağlı etibarlı məlumat daxil olub. Səfirlik hücumla bağlı heç bir detal açıqlamayıb.

"ABŞ-ın Kabildəki Səfirliyi qarşıdakı 48 saat ərzində Əfqanıstanın Kabil vilayətinin Kabil şəhərində qaçılmaz hücuma dair etibarlı məlumat əldə edib" - deyə səfirliyinin veb səhifəsi bildirib.

Yayılan açıqlamada səfirlik ABŞ vətəndaşlarına da xəbərdarlıq edir

"Təhlükənin elan edildiyi vaxt kəsiyində ABŞ səfirlik öz vətəndaşlarını şəhərə çıxacaqları təqdirdə təhlükəsizlik üçün ciddi addımlar atmağa çağırır. Planlaşdırılan hücumun hədəfi, vaxtı və ya vasitəsi barədə bizdə məlumat yoxdur" - deyə xəbərdarlıqda bildirilir.