ABŞ qanunvericiləri: "Venesuelada azad və ədalətli seçkilər olmalıdır"

Your browser doesn’t support HTML5

Prezident Donald Tramp Venesuelada bütün mümkün variantları nəzərdən keçirdiyini söyləsə də, detallara varmayıb. ABŞ Konqresində bəzi Demokrat qanunvericilər Birləşmiş Ştatların Venesuelaya hərbi müdaxiləsi ilə bağlı xəbərdarlıqla çıxış edir. Tramp administrasiyasının rəsmiləri Venesuelada siyasi və iqtisadi qeyri-sabitlik nəticəsində ölkəyə humanitar yardımın artırılmasına tələbabat olduğunu bildirib.