ABŞ-ın Azərbaycandakı Səfirliyi ötən həftənin son günləri Azərbaycan Basketbol Federasiyası ilə birgə Göygöl rayonundakı Olimpiya İdman Kompleksində gənclər arasında basketbol turniri və liderlik seminarı təşkil edib.
ABŞ Səfirliyi Azərbaycanda 12 basketbol komandasınının turnirini maliyələşdirib
Səfirliyin məlumatında deyilir ki, ABŞ-ın Azərbaycandakı Səfirliyinin maliyyələşdirdiyi İdman Diplomatiyası Mübadilə Proqramının məzunları ölkənin müxtəlif bölgələrindən 12 basketbol komandasını iştirak etmək üçün bir araya gətirməyə kömək edib. Təlim gənc iştirakçılara komanda işi, liderlik və icmanın vacibliyini aşılamaq məqsədilə nəzərdə tutulub.