ABŞ-ın bəzi ştatları iqtisadi fəaliyyətləri bərpa edir
Your browser doesn’t support HTML5
ABŞ-ın bəzi ştatları ölkə üzrə koronavirus nəticəsində ölüm hallarının sayının artmaqda davam etməsinə baxmayaraq, koronavirusun yayılmasının qarşısının alınması səyləri çərçivəsində bizneslər üçün tətbiq edilmiş məhdudiyyətlərin tədricən yüngülləşdirilməsinə başlayır. Birləşmiş Ştatlarda xəstəlik nəticəsində ölənlərin sayı 60 mini keçib, ölkədə koronavirusa yoluxanların sayı isə 1 milyona yaxındır. Ştat qubernatorları ictimai səhiyyə üçün təhlükələr və son ayda 30 milyon amerikalının işsiz qalmasına gətirib çıxarmış karantinin iqtisadi nəticələri arasında balans tapmağa çalışır.