Adil Bağırov: İlk dəfə olaraq Xocalı qətliamı ilə bağlı Ağ Evin saytında yaradılan petisiya böyük əhəmiyyət kəsb edir

Azərbaycan-Amerika Şəbəkəsinin icraçı direktoru və həmtəsisçisi Adil Bağırov Xocalı qətliamının tanınması barədə Ağ Evə petisiya ünvanlandığı və artıq səsvermə 100 mindən çox adamın iştirakı ilə bağlı “Amerikanın səsi”nə müsahibəsi zamanı ilk dəfə olaraq Ağ Evin saytında yaradılan petisiyanın böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Your browser doesn’t support HTML5

Adil Bağırovla müsahibə



Hazırda Ağ Ev və ya ABŞ Dövlət Departamenti tərəfindən rəsmi cavab gözlənildiyini deyən A.Bağırov petisiyada təkcə Amerika vətəndaşları deyil,
Amerika ərazisində yaşayan hər bir azərbaycanlı ilə bərabər digər amerikalıların da iştirakının mümkünlüyünü qeyd edib.

Azərbaycan-Amerika Şəbəkəsinin icraçı direktoru Xocalı qətliamının tanınması barədə ABŞ-ın 8 ştatı tərəfindən qətnamə qəbul edildiyini vurğulayıb.

"Amerika-Azərbaycan alyansı Xocalı qətliamı ilə bağlı Vaşinqtonda kampaniya keçirmişdi. Metro və avtobuslarda Xocalı ilə bağlı sülhə çağırış mesajı yaymışdı. Bu il də bunabənzər hər-hansısa kampaniya olacaqmı?" sualının cavabında Adil Bağırov hər il olduğu kimi bu il də Ermənistan səfirliyi qarşısında etiraz aksiyası keçiriləcəyi, Vaşinqton və Hyuston şəhərlərində Xocalı qətliamı ilə bağlı seminarların təşkil ediləcəyini bildirib.